Şəkərdən imtina etdikdə nə baş verir?

 13:10 04.07.2025     110

Kardioloq Xose Abellan şəkərdən imtinanın sağlamlığa müsbət təsirlərindən danışıb. 

Redaktor.az
xəbər verir ki, o bu barədə jurnalistlərə açıqlamasında məlumat verib.

Qeyd edib ki, bu cür qidalardan uzaq durmaq bədəndə saatbasaat mühüm dəyişikliklərə səbəb olur.

Abellanın sözlərinə görə, şəkərdən imtina edildikdən cəmi 24 saat sonra qan təzyiqində yüngül azalma müşahidə olunur. 48 saatdan sonra isə qanda qlükoza səviyyəsi stabilləşməyə başlayır.

Bir neçə gün ərzində şişkinlik azalır və həzm sistemi daha effektiv işləyir. Bir həftə keçdikdən sonra isə bədəndəki iltihab səviyyəsi azalır. Üç həftə ərzində xolesterol səviyyəsi normallaşmağa başlayır.

Altı həftədən sonra insanın əhval-ruhiyyəsi və koqnitiv funksiyaları diqqət, yaddaş, konsentrasiya nəzərəçarpacaq dərəcədə yaxşılaşır. Həkimin fikrincə, üç ay ərzində demək olar ki, bütün tibbi analizlərdə müsbət dəyişikliklər qeydə alınır.

Abellan insanları xüsusilə ultra işlənmiş məhsullardan uzaq durmağa çağırıb və bildirib ki, bu qidaların tərkibində olan maddələr orqanizmə zərər verməklə yanaşı, bir sıra xroniki xəstəliklərin də əsas səbəblərindən biridir.

Aytəkin TOFİQQIZI