Çia toxumları bağırsaqlarda faydalı bakteriyaların sayını ARTIRIR

 16:54 04.07.2025     71

Çia toxumunun köməyi ilə cəmi iki həftə ərzində bağırsaqları bərpa etmək mümkündür.

Redaktor.az xəbər verir ki, Kardioloq Aurelio Rojas bu barədə "Vanitatis" nəşrinə verdiyi açıqlamada danışıb.

Mütəxəssis gündəlik pəhrizə çia toxumlarının daxil edilməsini tövsiyə edib.

Onun sözlərinə görə, bu məhsulun tərkibində çoxlu miqdarda lif var ki, bu da qəbizliyin qarşısını alır.

Bundan əlavə, çia toxumları bağırsaqlarda faydalı bakteriyaların sayını artırır. Bu isə öz növbəsində immunitet sisteminə, maddələr mübadiləsinə və əhval-ruhiyyəyə müsbət təsir göstərir. Kardioloq qeyd edib ki, bu məhsul həmçinin arıqlamağa kömək edir və qanda qlükoza səviyyəsini normallaşdırır.

Aurelio Rojas çia toxumlarından hazırlanmış, tərkibində heyvan və ya bitki mənşəli süd, banan, kakao və darçın olan pudinqi gündəlik rasiona daxil etməyi də məsləhət görüb.

Aytəkin TOFİQQIZI