Mütəxəssis yaşlı insanlara balıq yeməyi tövsiyə edir

 09:48 07.07.2025     140

Qida mütəxəssisi Katerina Padolka qocalıqda müntəzəm olaraq siyənək balığı istehlak etməyin vacibliyi haqqında məlumat verib.

Redaktor.az xəbər verir ki, o bu barədə lenta.ru-ya danışıb.

Padolka yaşlı insanlara menyularına mütləq balıq əlavə etməyi tövsiyə edir. Onun sözlərinə görə, aparılmış araşdırmalar göstərir ki, müntəzəm olaraq siyənək balığı yemək idrak funksiyalarını qorumağa kömək edir və demansla yanaşı, Alzheimer xəstəliyi riskini 20 faiz azaldır.

O, əlavə edib ki, siyənək balığında olan qiymətli omeqa-3 yağ turşuları narahatlıq və depressiyanın səviyyəsini azaltmağa kömək edir. Bundan əlavə, bu balıq növü kalsiumun orqanizmdə daha yaxşı sorulmasına dəstək verən və əzələ-sümük kütləsinin itkisinin qarşısını alan D vitamini ilə də zəngindir.

Aytəkin TOFİQQIZI