Arıqlamaq üçün bitki çayları içənlərə - Dietoloqdan məsləhətlər

 11:07 07.07.2025     83

Yay fəslinin gəlişi ilə birlikdə arıqlamaq və formaya düşmək istəyənlərin sayı artır. Bu məqsədlə müxtəlif üsullara əl atan insanlar arasında bitki çaylarına maraq da kəskin şəkildə yüksəlib. Zəifləmək üçün yaşıl çay, çobanyastığı və digər otların qaynadılaraq hazırlanmış çaylarına üstünlük verən vətəndaşlar, çox zaman bu məhsulları nə mütəxəssis məsləhəti ilə, nə də etibarlı mənbədən əldə edirlər. 

Redaktor.az "HaberGlobal"a istinadla xəbər verir ki, mövzu ilə bağlı danışan dietoloq Şükriyyə Eral ciddi xəbərdarlıqlar edib. Onun sözlərinə görə, sosial mediada yaşıl çayın və digər bitki çaylarının yan təsirləri ilə bağlı xəbərlər son zamanlar daha tez-tez yayılmağa başlayıb:

“Yaz ayları gəldikcə nəzarətsiz istifadə halları artır. Komşudan alınan yağ yandırıcı kürlər, sosial mediada paylaşılan ‘tövsiyələr’ – bunların hamısı risklidir. Unutmamalıyıq ki, həddindən artıq və bilinçsiz istifadə olunan bitki çayları ürək ritm pozğunluqları, təzyiq problemləri, qaraciyər və böyrək funksiyalarında pozuntular yarada bilər. Hətta çox ağır hallarda çoxlu orqan çatışmazlığına qədər aparıb çıxara bilər”, – deyə Eral bildirib.

Diyetoloq xüsusilə son dövrlərdə gənclər arasında populyarlaşan bəzi məhsullar məsələn, matcha çayı, ananas kürləri, avokado yarpağı ilə hazırlanan çaylar kimi "moda" halını almış məhsulların təhlükələrinə də diqqət çəkib:

“Gənclər bu məhsulları sosial mediada görüb kontrollu şəkildə yox, çoxlu miqdarda istifadə edirlər. Amma bu çayların tərkibi bəlli olmaya bilər, digər dərman və ya qida maddələri ilə reaksiyaya girə bilər. Ona görə də, xüsusilə içindəkilər bölməsi olmayan, açıqda satılan, etiket və marka məlumatı olmayan məhsullardan uzaq durmaq lazımdır”.

Dietoloq Şükriyyə Eral əlavə edib ki, bitki tərkibli məhsullar (fitoterapiya) ciddi yanaşma tələb edir və yalnız həkim və ya mütəxəssis nəzarəti ilə qəbul edilməlidir:

“Yolda toplanan papatyaların yüzlərlə növü var. Amma sənayedə yalnız 4-5 növü istifadə olunur. Yəni gözəl təsir göstərməsi gözlənilən bir çay əksinə sağlamlığımıza zərər verə bilər. Həddindən artıq qəbul edilən istənilən bitki maddəsi orqanizm üçün zəhərli ola bilər. Xalq arasında məşhur olan ‘təbiidir, zərəri yoxdur’ fikri yanlışdır. Zəhəri dərmandan ayıran yeganə fərq dozadır”.

Nuriyyə NATIQQIZI