İsti havalarda yağlı qidaları salat ilə əvəz etmək lazımdır

İsti yay günlərində pəhrizə diqqət yetirmək vacibdir.
Redaktor.az xəbər verir ki, bu barədə terapevt Yana Şmeleva aif.ru-ya müsahibəsində danışıb.
Həkimin sözlərinə görə, yay aylarında iştahın azalması bədənin istiliyə qarşı təbii reaksiyasıdır. Bu səbəbdən səhər yeməyini daha tez, axşam yeməyini isə havanın soyuduğu vaxtlara təxirə salmaq məsləhət görülür.
Şmeleva qeyd edib ki, yay rasionunun əsasını salatlar, meyvələr, giləmeyvələr, bitki mənşəli məhsullar və fermentləşdirilmiş süd məhsulları təşkil etməlidir.
O, nahar üçün ideal variant kimi soyuq süd şorbalarını və bitki çaylarını göstərib.
Terapevt həmçinin yay aylarında şirin içkilərdən, qəhvə və qara çaydan uzaq durmağı tövsiyə edib.
Onun sözlərinə görə, bu dövrdə qida zəhərlənməsi riski artır, buna görə də yeməklər kiçik porsiyalarda bişirilməli, artıq qalan hissələr soyuducuda saxlanmalı və gigiyenaya ciddi nəzarət olunmalıdır məhsulları və əlləri aldıqdan dərhal sonra yumaq vacibdir.
Aytəkin TOFİQQIZI