Qarpızı bu üsullarla yemək FAYDALIDIR

 17:55 07.07.2025     65

Yay aylarının ən sevilən və ən çox istehlak olunan meyvələrindən biri olan qarpız, təkcə susuzluğu aradan qaldırmaqla deyil, həm də sağlamlıq baxımından bir çox faydası ilə diqqət çəkir. Lakin son araşdırmalar göstərir ki, qarpızdan vmaksimum fayda almaq üçün onu düzgün şəkildə istehlak etmək lazımdır.Ənənəvi olaraq pendirlə birlikdə yeyilən qarpızın bu formada faydalı olduğu düşünülür.

Redaktor.az xəbər verir ki, yeni məlumatlara görə, qarpızın bəzi hissələri və istehlak forması səhv tanınıb.

Qarpızın çoxlarının yalnız qırmızı, şirin hissəsini yeməsi və ağ hissəni qabıqla birlikdə atması böyük bir səhv kimi qiymətləndirilir. Qarpızın ağ təbəqəsi (qırmızı ilə yaşıl qabıq arasında olan hissə) "sitrulin" adlı mühüm bir amin turşusu ilə zəngindir.

Sitrulin- Əzələ ağrılarını azaldır, qan dövranını yaxşılaşdırır, idmandan sonra bədəndə yaranan gərginliyi aradan qaldırmağa kömək edir, immuniteti gücləndirir.

Bu səbəbdən qarpızın ağ hissəsini atmamaq, xüsusilə də idmanla məşğul olan şəxslər üçün mühüm tövsiyə olunur.

Ən çox yol verilən səhvlərdən biri də qarpızın soyuducuda uzun müddət saxlandıqdan sonra yeyilməsidir. Mütəxəssislərə görə, soyuq qarpız həzm sistemini çətinləşdirir, qida maddələrinin sorulmasını zəiflədir.

Ən doğru üsul – qarpızı otaq temperaturunda saxlamaq və bu vəziyyətdə yeməkdir. Bu zaman həm həzm asanlaşır, həm də içindəki faydalı maddələrin orqanizmə təsiri daha güclü olur.

Qarpız nə vaxt yeyilməlidir?- Səhər saatlarında, xüsusilə acqarına qəbul edilməsi tövsiyə olunur, idmana başlamazdan 30–60 dəqiqə əvvəl yeyildikdə, bədənə enerji verir və əzələ spazmlarının qarşısını alır, qurudulub toz halına salınaraq qatıqla qarışdırıldıqda, əzələlərin bərpasını sürətləndirir.

Qarpız sadəcə bir yay meyvəsi deyil, eyni zamanda güclü bir təbii dəstək vasitəsidir. Onu düzgün formada və zamanında qəbul etdikdə həm bədən sağlamlığına faydalı olur, həm də gün boyu enerjili qalmağınıza kömək edir.

Nuriyyə NATİQQIZI