Oruc tutmaq xərçəng xəstələri üçün təhlükəlidir

 11:17 08.07.2025     61

Bəzi insanlar xərçəngi xalq üsulları ilə, o cümlədən aralıq orucla müalicə etməyə çalışırlar, lakin bu, çox təhlükəlidir.

Redaktor.az xəbər verir ki, onkoloq Albert Zainutdinov bu barədə aif.ru-ya danışıb.

Zainutdinov vurğulayıb ki, oruc xərçəng xəstələri üçün qətiyyən uyğun deyil. Onun sözlərinə görə, əgər xərçəng varsa, daha çox yemək lazımdır ki, xəstəlikdən zəifləmiş orqanizm bütün qidaları qəbul etsin.

"Bədənin ehtiyatları vacibdir və enerji balansını bərpa etmək üçün təbii qidalanmadan imtina etmək sadəcə axmaqlıqdır”, - deyə o bildirib.

Həkim onu da qeyd edib ki, əgər bir çox xalq üsullarından hər hansı biri həqiqətən də xərçəngin müalicəsində nəticə versəydi, onkoloqlar bu üsullardan mütləq istifadə edərdilər.

Aytəkin TOFİQQIZI