Bu insanların artıq çəki almasına səbəb OLUR

Həkim və fiziologiya professoru Xose Vina sürətli yeməyin çəki artımına səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.
Redaktor.az xəbər verir ki, o, bu barədə aif.ru-ya danışıb.
Mütəxəssisin sözlərinə görə, bir çox insan yemək zamanı tez-tez eyni səhvə yol verir və bu da onların artıq çəki almasına səbəb olur.
“Tez yemək zamanı toxluq siqnalları pozulur, bu da daha çox kalori istehlakına səbəb olur”, - deyə Vina bildirib.
O əlavə edib ki, qidanın tələsik yeyilməsi prosesi mexaniki hala gətirir, nəticədə insan yeməkdən zövq ala bilmir. Bununla yanaşı, sürətli yemək qida maddələrinin mənimsənilməsini zəiflədir və bağırsaq mikroflorasının pozulmasına səbəb olur. Bu isə öz növbəsində immunitet sisteminin düzgün fəaliyyətinə mənfi təsir göstərir.
Vina bütün bu amillərin sağlamlıq üçün risk yaratdığını vurğulayaraq, yeməklərin asta və diqqətli şəkildə yeyilməsini tövsiyə edib.
Aytəkin TOFİQQIZI