İmmuniteti gücləndirmək üçün zəncəfilli qəhvə içmək məsləhət görülür

 16:46 08.07.2025     94

Dietoloq Saul Sançes qəhvəyə bəzi inqrediyentlər əlavə etməklə onun daha sağlam içkiyə çevrilə biləcəyini bildirib.

Redaktor.az xəbər verir ki, o bu barədə aif.ru-ya danışıb.

Sançesin sözlərinə görə, qəhvəyə darçın əlavə etmək qan şəkərinin səviyyəsini aşağı salmağa kömək edir.

Süd və bal isə orqanizmin fiziki məşqdən sonra daha tez bərpasına şərait yaradır.

Dietoloq həmçinin immuniteti gücləndirmək üçün zəncəfilli qəhvə içməyi məsləhət görüb.

Ən qeyri-adi və effektiv birləşmələrdən biri kimi o, çuğundur tozu və kakao ilə qəhvəni qeyd edib.

Onun sözlərinə görə, çuğundur tozu qan təzyiqini tənzimləyir, kakao isə idrak qabiliyyətini artırır.

Aytəkin TOFİQQIZI