Gündə yarım saat gəzinti bu xəstəliyin yaranma ehtimalını AZALDIR

İspaniyanın Tibbi Onkologiya Cəmiyyətinin həkimləri qadınlarda döş xərçəngi riskini əhəmiyyətli dərəcədə azaldan gündəlik bir vərdişi müəyyən ediblər.
Redaktor.az xəbər verir ki, bu haqda “20minutos” nəşri məlumat paylaşıb.
Mütəxəssislər gündə cəmi yarım saatlıq gəzintinin bu xəstəliyin yaranma ehtimalını 30 faizədək azalda biləcəyini bildiriblər.
Bundan əlavə, həkimlər qeyd edirlər ki, belə fiziki aktivlik döş xərçənginin təkrarlanma ehtimalını 40 faiz, xəstəlik səbəbindən ölüm riskini isə 20 faiz azaldır.
Araşdırmanın nəticələri Valensiya Onkologiya İnstitutunun alimləri tərəfindən də təsdiqlənib. Mütəxəssislər vurğulayırlar ki, getdikcə daha çox tədqiqatçı bu sadə vərdişin döş xərçəngi ilə mübarizədə effektiv vasitə olduğunu qəbul edir.
Aytəkin TOFİQQIZI