Qızartma üçün ən təhlükəsiz yağlardan biri bitki yağıdır

 10:25 10.07.2025     81

Dietoloq İrina Popkova günəbaxan yağında yemək qızartmağın zərərli olması barədə iddiaları mif adlandırıb.

Redaktor.az xəbər verir ki, o, bu barədə gazeta.ru-ya danışıb.

Mütəxəssis bildirib ki, qızartma üçün ən təhlükəsiz yağlardan biri məhz bitki yağıdır. Onun sözlərinə görə, təmizlənməmiş zeytun yağı ilə müqayisədə bitki yağı daha sabit quruluşa malikdir və zərərli maddələrin əmələ gəlməsi üçün daha yüksək temperaturlara qədər qızdırılmalıdır.

“Əsas qayda yağı tüstülənəcək qədər qızdırmamaqdır. Hər hansı yağ çox qızdırıldıqda tərkibində trans yağlar əmələ gələ bilər”, - deyə Popkova xəbərdarlıq edib.

Dietoloq həmçinin yağı qaranlıq yerdə saxlamağı və soyuducuya qoymamağı məsləhət görüb. Onun sözlərinə görə, aşağı temperatur yağı bulanıqlaşdırır və dadını dəyişə bilər.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən