İsti havalarda qazsız suya üstünlük verilməsi daha məqsədəuyğundur

 18:13 10.07.2025     93

Tibb elmləri doktoru, professor Tatyana Klimenko isti havalarda düzgün su qəbulunun vacibliyindən danışıb.

Redaktor.az xəbər verir ki, o, aif.ru-ya bu haqda müsahibəsində danışıb.

O, 20°C-dən yuxarı temperaturda orqanizmin susuzlaşmasının və şişkinliyin qarşısını almaq üçün maye qəbulunun artırılmasının zəruri olduğunu bildirib.

Klimenko sağlamlıq problemi olmayan şəxslərə hər 1-2 saatdan bir 100 millilitr (təxminən yarım stəkan) su içməyi tövsiyə edib. Onun sözlərinə görə, insan susuzluq hiss etməsə belə, bu qaydaya əməl etmək vacibdir.

Bununla yanaşı, böyrək, qaraciyər və ya ürək-damar xəstəlikləri olan şəxslərin isə yalnız həkimin təyin etdiyi içmə rejiminə uyğun hərəkət etmələri tövsiyə olunur.

Həkim isti havalarda qazsız, otaq temperaturunda olan adi qaynadılmış suya üstünlük verilməsinin daha məqsədəuyğun olduğunu deyib. O, kola, qəhvə, çay və spirtli içkilərin susuzluğu yatırmaq üçün istifadə edilməsinin düzgün olmadığını da əlavə edib.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən