Qulaqları yüksək səs-küydən qorumaq VACİBDİR

 18:26 10.07.2025     77

Otolarinqoloq Fransisko Markes 50 yaşdan yuxarı insanlara karlığın qarşısını almaq məqsədilə bir sıra vacib tövsiyələr verib.

Redaktor.az
xəbər verir ki, onun tövsiyələri İspaniyanın “20minutos” nəşrində yayımlanıb.

Mütəxəssis bildirib ki, 50 yaşdan sonra hər kəs eşitmə qabiliyyətini mütəmadi olaraq yoxlamalıdır. Bu, eşitmədəki pozuntuları erkən mərhələdə aşkar etməyə və problemin inkişafının qarşısını almağa imkan verir.

Markesin sözlərinə görə, qulaqları yüksək səs-küydən qorumaq da son dərəcə vacibdir. Bunun üçün səs izolyasiyalı qulaqlıqlardan və ya xüsusi qoruyucu vasitələrdən istifadə etmək tövsiyə olunur.

Həkim əlavə edib ki, qulaqlardakı mumların mütəmadi olaraq təmizlənməsi də eşitmə sağlamlığı üçün önəmlidir. Lakin bu prosedur ev şəraitində pambıq çubuqlarla deyil, peşəkar tibb işçiləri tərəfindən aparılmalıdır.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən