Çarəsizlik hissi günvurmanın ilkin əlaməti ola BİLƏR

Çarəsizlik hissi və düşüncələrin çaşqınlığı günvurmanın ilkin əlamətləri ola bilər.
Redaktor.az xəbər verir ki, bu barədə kardioloq, anestezioloq-reanimatoloq Anton Vaxlyaev aif.ru-ya müsahibəsi zamanı məlumat verib.
Həkimin sözlərinə görə, əgər insan ətraf əzalarını ayaqlarını və ya qollarını zəifləmiş hiss edirsə, bu da günvurma diaqnozunu göstərə bilər. Bu simptomlar huşun itirilməsinə gətirib çıxara bilər.
Mütəxəssis tövsiyə edir ki, belə vəziyyətlərdə kondisionerli ictimai yerlərdə olmaq daha məqsədəuyğundur. Sərin məkana keçdikdən sonra isə aktiv şəkildə sərin su qəbul etmək vacibdir.
Aytəkin TOFİQQIZI