Yay aylarında normal sandığımız vərdişlər sağlamlığa zərər vurur - XƏBƏRDARLIQ

Yay aylarında isti havalardan qorunmaq və rahatlamaq üçün bir çox insan tərəfindən normal sayılan bəzi gündəlik vərdişlərin əslində bədənə ciddi zərər verdiyi məlum olub.
Redaktor.az "HaberGlobal"a istinadla xəbər verir ki, mütəxəssislər bu vərdişlərin orqanizmin təbii ritmini pozduğunu və sağlamlığa mənfi təsir etdiyini bildirir.
Günəşin ən dik bucaqla yandığı saatlarda (günorta 12:00-15:00 arası) açıq havada uzun müddət qalmaq ciddi sağlamlıq problemlərinə yol aça bilər. Günvurma, dəridə yanma və hətta erkən yaşlanma riski bu səbəbdən artır. Mütəxəssislər bu saatlarda çölə çıxmaq zəruridirsə, geniş şlyapalardan istifadə etməyi, günəş kremi çəkməyi və kölgədə qalmağı məsləhət görür.
İsti havalarda bədəni soyutmaq üçün sürətli şəkildə soyuq su və içkilər içmək sağlamlığa zərər verə bilər. Bu vərdiş mədə spazmı, boğaz infeksiyası və həzm problemləri ilə nəticələnə bilər. Mütəxəssislər soyuq içkilərin yavaş-yavaş və ağızda bir qədər isidilərək içilməsini tövsiyə edir.
Yayda ağır və baharatlı qidaların qəbul edilməsi mədənin işini çətinləşdirir, bulantı və halsızlıq yaradır. Bu səbəbdən daha çox su tərkibli meyvə və tərəvəzlərə üstünlük verilməlidir.
Yay aylarında gec saatlarda yatmaq və kifayət qədər dincəlməmək bədənin bioloji ritmini poza bilər. Bu da gündəlik yorğunluq, diqqət dağınıqlığı və ümumi enerji çatışmazlığı ilə nəticələnir. Mütəxəssislər daha erkən saatlarda və sərin mühitdə yatmağa çalışmağı məsləhət görür.
Nuriyyə NATİQQIZI