Səhər yeməyinin kalori miqdarı 350-600 arası olmalıdır

 15:46 11.07.2025     136

Dietoloq Natali Rizzo səhər yeməyinin optimal kalori miqdarının nə qədər olması lazım olduğunu açıqlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə dietoloq Natali Rizzo "Today" nəşrinə danışıb.

“Bir çox insanlar səhər yeməyi üçün çörək ilə bir fincan qəhvənin kifayət edəcəyini düşünür. Bəziləri hətta səhərlər bu qədər az yedikləri üçün fəxr edirlər. Əslində, 200 kalori və ya daha az yemək qəlyanaltıdır, tam yemək deyil”, - Rizzo izah edib.

O əlavə edib ki, cüzi bir səhər yeməyi konsentrasiyanın azalmasına, güc itkisinə və gün ərzində sağlam olmayan bir şey yemək istəyinə səbəb olur.

Dietoloqun fikrincə, sağlamlıq problemi olmayan bir yetkinin səhər yeməyi üçün qəbul etdiyi kalori miqdarı 350 ilə 600 kalori arasında olmalıdır. Eyni zamanda, bəzi insanlar üçün bu göstərici daha yüksək ola bilər.

Rizzo vurğulayıb ki, zülal, sağlam yağ və karbohidrat qaynaqlarını ehtiva edən yüksək kalorili səhər yeməyi, yüksək kalorili axşam yeməyindən daha sağlam hesab olunur.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən