Kondisionerdən gələn soyuq hava təzyiqin artmasına səbəb ola BİLƏR

 08:38 14.07.2025     148

Kardioloq Anastasiya Malay ürək-damar sistemi ilə bağlı problemləri olan insanlara yay aylarında kondisionerdən istifadə zamanı diqqətli olmağı tövsiyə edib.

Redaktor.az xəbər verir ki, həkim bu barədə aif.ru-ya danışıb.

Mütəxəssis bildirib ki, hipertoniya, ürəyin işemik xəstəliyi, xroniki ürək çatışmazlığı və aritmiya kimi ürək xəstəlikləri olan şəxslər kondisioneri ehtiyatla işlətməlidirlər.

Onun sözlərinə görə, soyuq hava axını qan damarlarında reflektor daralmaya səbəb ola bilər. Bu da öz növbəsində qan təzyiqinin kəskin yüksəlməsinə, hipertansiv böhrana, ürək ritminin pozulmasına və orqanlara qan axınının zəifləməsinə gətirib çıxara bilər.

Doktor Malay həmçinin qeyd edib ki, kondisionerlər havanı qurudur və bu, xüsusilə yaşlı insanlarda nəzərə çarpmayan maye itkisinə səbəb ola bilər.

“Susuzlaşdırma qanın viskozitesini artırır, bu da tromblaşma riskini yüksəldir və ürəyə əlavə yük yaradır”, - deyə o izah edib.

Bundan başqa, həkim xəbərdarlıq edib ki, vaxtında təmizlənməyən və texniki baxımdan nəzarətsiz qalan kondisionerlər virus və bakteriyaların yayılması üçün əlverişli şərait yarada bilər.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən