İyulun 10-dan 13-dək günvurma halları müşahidə olunub? - AÇIQLAMA

 12:12 14.07.2025     77

Son üç gün ərzində (10.07.2025–13.07.2025) günvurma diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə 4 nəfər müraciət edib.

Bu barədə Redaktor.az-ın sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, müraciət edən şəxslərə ilkin tibbi yardım göstərilib və onlar evə buraxılıb.

“Ölüm halı qeydə alınmayıb”, - deyə məlumatda qeyd olunub.

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən