İmmunitetin gücləndirilməsi üçün dörd əsas vərdiş açıqlandı

 17:16 14.07.2025     76

İmmunitetin güclü olmsı hər kəs üçün vacib amillərdən biridir.

Redaktor.az xəbər verir ki, İngiltərənin Sussex Universitetinin immunoloqu Cenna Maççoki Infobae nəşrinə açıqlamasında immun sistemini gücləndirən əsas vərdişləri sadalayıb.

Onun sözlərinə görə, müntəzəm fiziki aktivlik, iltihabəleyhinə təsiri olan qidalar, kaloriliyin azaldılması və kifayət qədər lif (sellüloza) qəbulu sağlam immunitet üçün vacibdir.

Fiziki aktivlik- Həkimin fikrincə, idman yalnız immuniteti gücləndirmir, eyni zamanda ömrü uzadır. Hətta gündəlik gəzinti də faydalı ola bilər. Əsas olan- insana uyğun və davamlı fiziki fəaliyyət forması seçməkdir.

İltihabəleyhinə qidalar- İmmuniteti dəstəkləyən məhsullar sırasına zeytun yağı və yağlı balıqlar daxildir. Bu qidalardakı antioksidantlar və vitaminlər orqanizmdəki xroniki iltihabı azalda bilər.

Lifli qidalar- Maççoki bağırsaq sağlamlığının immun sisteminə birbaşa təsir etdiyini vurğulayır. Bu səbəbdən meyvə, tərəvəz, giləmeyvə və taxıllar kimi liflə zəngin məhsulların gündəlik qidalanmada mütləq yer alması tövsiyə olunur.

Kalori azaldılması və aralı qidalanmadan imtina- Həkim kaloriliyin aşağı salınmasının və əsas yemək vaxtları arasında qəlyanaltılardan imtinanın da immunitetə müsbət təsir etdiyini bildirib.

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən