Əllər infeksiyanın əsas daşıyıcısıdır

İnfeksion xəstəliklər üzrə mütəxəssisi, tibb elmləri doktoru Vladimir Neronov əl sıxma zamanı hansı xəstəliklərin keçə biləcəyi haqda məlumat verib.
Redaktor.az xəbər verir ki, həkim bu barədə lenta.ru-ya danışıb.
“İnsan əlləri infeksiyaların əsas daşıyıcısıdır, çünki onlar hər gün çox sayda səthlə təmasda olurlar. ÜST-nin məlumatına görə, bütün yoluxucu xəstəliklərin 80 faizə qədəri çirkli əllər vasitəsilə ötürülür. Amma ən pisi odur ki, çoxları bunun nə qədər təhlükəli ola biləcəyindən belə şübhələnmirlər”, - deyə həkim bildirib.
Neronov xəbərdarlıq edib ki, çirkli əllər qaraciyərə təsir edən hepatit A, salmonellyoz, dizenteriya, rotavirus, norovirus kimi təhlükəli bağırsaq infeksiyalarına səbəb ola bilər. Bundan əlavə, çirkli əllər qrip, kəskin respirator virus infeksiyaları, koronavirus, stafilokok və streptokok infeksiyalarını ötürə bilər.
Aytəkin TOFİQQIZI