Manikür xərçəng YARADIR

Dəri Xərçəngi Fondunun (SCF) həkimləri manikürün qadınlarda dəri xərçəngi ilə nəticələnə biləcəyini söyləyib.
Redaktor.az xəbər verir ki, həkimlər "20minutos" nəşri ilə söhbətində bu məşhur prosedurun təhlükələri barədə xəbərdarlıq ediblər.
“Manikür lampaları ultrabənövşəyi radiasiya yayır, bu, həm dərinin vaxtından əvvəl qocalması, həm də xərçənglə əlaqələndirilir”, - ekspertlər bildirib.
Lakin onların fikrincə, xərçəngə tutulma riskini azaltmaq olar.
Bunun üçün həkimlər günəş kremindən istifadə etməyi məsləhət görürlər. Prosedurdan 20 dəqiqə əvvəl əllərinizə çəkilməlidir. Düzdür, günəş kremi sizi aqressiv subungual xərçəngdən xilas etməyəcək, lakin nadir hallarda rast gəlinir, onlar qeyd ediblər.
Aytəkin TOFİQQIZI