Bu səhər yeməyi beynin fəaliyyətinə müsbət təsir göstərir

 08:24 16.07.2025     223

Endokrinoloq və dietoloq Yurqita Varaeva səhər yeməyində qəbul ediləcək bəzi məhsulların beynin fəaliyyətinə müsbət təsir etdiyini bildirib.

Redaktor.az xəbər verir ki, həkim bu haqda aif.ru-ya danışıb.

Onun sözlərinə görə, xüsusilə sıyıq və bərk buğda unundan hazırlanmış makaronla günə başlamaq beyin üçün ideal seçimdir.

Mütəxəssis qeyd edib ki, beynin əsas enerji mənbəyi qlükozadır və onu müxtəlif karbohidrat mənbələrindən əldə etmək mümkündür. Lakin bulka, şirniyyat və desert kimi sadə karbohidratlar tez enerji versə də, artıq kalorilərin bədəndə yağa çevrilmə riskini artırır.

Varaeva buna görə də kompleks karbohidratlara üstünlük verilməsini tövsiyə edib. Belə karbohidratlar orqanizm tərəfindən daha yavaş parçalanır və qlükozanın bədənə tədricən daxil olmasına səbəb olur. Nəticədə insan uzun müddət tox qalır, eyni zamanda beyin kifayət qədər enerji ilə təmin olunur.

Həkimin fikrincə, səhər yeməyi və ya naharda bərk buğdadan hazırlanan sıyıq və ya makaronun qəbulu həm fiziki, həm də əqli fəaliyyət üçün olduqca faydalıdır.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən