Böyük qarın idrak funksiyalarına təsir göstərə BİLƏR

Böyük qarın və artıq piy yığılması idrak funksiyalarına mənfi təsir göstərə bilər.
Redaktor.az xəbər verir ki, bu barədə professor Aleks Miras "Daily Mail" nəşrinə danışıb.
Endokrinoloqun sözlərinə görə, artıq çəkidən əziyyət çəkən insanlar çox vaxt normal çəkili şəxslərlə müqayisədə daha kiçik beyin həcminə malik olurlar.
O bildirib ki, bu halın tam elmi izahı hələlik yoxdur, lakin arıqladıqda əqli funksiyaların yaxşılaşdığı məlumdur.
“Artıq piy kütləsi bədəndə iltihaba səbəb olur. Bu, orqanizmin müxtəlif nahiyələrində baş verə bilər. Əgər piy ürəyin ətrafında toplanarsa, bu zaman iltihab yaranır və damarların daralmasına gətirib çıxarır”, - deyə professor izah edib.
Miras əlavə edib ki, əgər beyində iltihab yaranarsa, bu, yaddaş və icra funksiyalarına diqqəti cəmləmək, təlimatları yadda saxlamaq və eyni vaxtda bir neçə işi yerinə yetirmək qabiliyyətinə mənfi təsir göstərə bilər.
Aytəkin TOFİQQIZI