"Sağlamlıq problemi olmayan insan üçün dondurmanın fəsadı ola bilməz" - Terapevtdən AÇIQLAMA

 17:27 16.07.2025     156

Yay aylarında istidən qorunmaq və sərinləmək üçün ən çox üstünlük verilən qidaların başında dondurma gəlir. Küçədə, evdə, işdə – demək olar ki, hər yerdə insanlar dondurma yeyir, həm zövq alır, həm də isti havanı bir qədər yüngülləşdirməyə çalışır.

Bəs əslində dondurma zərərlidirmi? Kimlər üçün təhlükəli ola bilər?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən həkim-terapevt Şahvələd Məmmədov bildirdi ki, Azərbaycanda yaşadığımızı nəzərə alsaq, ona görə də dondurmaya ehtiyacımız və tələbatımız var:

"Elə insanlar var ki, il boyu soyuducudan buz kimi soyuq nələrsə yeyir və ya içir. Bəzi insanlar isə heç bir sağlamlıq problemi olmadığı halda, bunu özlərində bir fobiya halına gətirirlər və düşünürlər ki, soyuq bir şey yesələr və ya içsələr, nəsə baş verəcək".

Terapevtin sözlərinə görə, bəzi ölkələrdə il boyu dondurma yeyilir:

"Rusiyanın elə soyuq bölgələri var ki, orada insanlar il boyu soyuq dondurma yeyirlər və heç bir problem yaşamırlar. Boğazda artıq ət – yəni, tənzilləri, damaq badamcıqları olan uşaqlar və ya ağır xəstəlikləri olan insanlar üçün dondurma yemək əlbəttə ki, o qədər də məsləhət deyil. Ancaq heç bir sağlamlıq problemi olmayan insan üçün dondurmanın fəsadı ola bilməz".

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən