Sarıkök əlavələri qaraciyərə ciddi ziyan vura BİLƏR

Sağlam həyat tərzi həvəskarları arasında məşhur olan sarıkök heç də zərərsiz deyil, qaraciyərə ciddi ziyan vura bilər.
Redaktor.az xəbər verir ki, bu barədə ginekoloq Cen Gunter "Daily Mail" nəşrinə danışıb.
Həkim bildirib ki, ədviyyatın özü deyil, sarıkök əlavələri təhlükəlidir.
Onun sözlərinə görə, əlavələr immuniteti gücləndirən və xərçəngin qarşısını alan vasitə kimi reklam edilir, lakin əslində bu təsirlər sübuta yetirilməyib. Üstəlik, böyük miqdarda və müəyyən dərmanlarla birlikdə, sarıkök əlavələri qaraciyər çatışmazlığına səbəb ola bilər.
“Sarıkök sarıkök bitkisinin qurudulmuş rizomlarından əldə edilir və köridən qəhvəyə qədər hər şeydə təhlükəsiz şəkildə istifadə edilə bilər. Ancaq ədviyyat və pəhriz əlavəsi fərqli şeylərdir. Qida şəklində yediklərinizlə həb şəklində qəbul etdikləriniz arasında bərabər işarə qoya bilməzsiniz”, - deyə ginikoloq qeyd edib.
Aytəkin TOFİQQIZI