Dəridəki xalın zədələnməsi xərçəng YARADIR?

 07:59 17.07.2025     202

Dəridəki xalın zədələnməsinin xərçəngə səbəb ola biləcəyi ilə bağlı iddialara tez-tez rast gəlinir.

Redaktor.az xəbər verir ki, dermatoloq Dmitri Beynusov bu fikir barədə Teleqram kanalında məlumat paylaşıb.

Beynusovun sözlərinə görə, əgər bir xalı zədələsəniz, onu xəstəxanada çıxartsanız və ya oradan tük çıxarsanız, bu, xərçəngin yaranmasına səbəb olmur. O, bu xəstəliklə bağlı digər geniş yayılmış mifləri də təkzib edib. Məsələn, mikrodalğalı sobalardan və manikür lampalarından istifadə etmək xərçəng riskini artırmır, deyə həkim bildirib.

Həmçinin lazer epilyasiyası sağlamlıq üçün təhlükəsizdir və rahatlıqla edilə bilər.

Sonda Beynusov qeyd edib ki, alüminium tərkibli və günəşdən qoruyan dezodorantlardan istifadə etməkdən çəkinməyə ehtiyac yoxdur, çünki onlar da təhlükəsizdir.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən