Yuxusuzluq sağlamlığımız üçün nə qədər təhlükəlidir? - Nevroloqdan AÇIQLAMA

 17:16 17.07.2025     170

Son illərdə artan psixoloji gərginlik, qeyri-sabit həyat rejimi və texnologiyanın həyatımıza sürətlə daxil olması nəticəsində yuxusuzluq problemi daha geniş yayılmağa başlayıb. Bəzən sadə yorğunluq kimi qəbul edilən bu vəziyyət, əslində orqanizmin siqnal verdiyi ciddi narahatlıqların başlanğıcı ola bilər.

Mövzu ilə bağlı Redaktor.az-a danışan həkim-nevroloq Sevinc Məmmədova bildirdi ki, yuxu bizim bioloji ritmimizin vacib bir hissəsidir:

"Necə ki, yemək, su kimi əsas tələbatlarımız var, eləcə də yuxu da həyati əhəmiyyət daşıyan bir ehtiyacdır. Yetişkin insanlar gün ərzində orta hesabla 7-8 saat yuxu yatmalıdırlar. Əgər bu müddət daha az olarsa, beynin və bir sıra daxili orqanların tam istirahət etməməsi səbəbindən müxtəlif pozğunluqlar yarana bilər. Bu isə gün ərzində halsızlıq, baş ağrısı, əsəbilik və sinir sistemində gərginlik kimi əlamətlərlə özünü göstərə bilər".

Mütəxəssis yuxunun uşaqlar üçün olan önəmindən də bəhs etdi:

"Uşaqlar üçün də yuxu olduqca önəmlidir. Belə ki, onların orqanizmində melatoninin ifrazı və boy hormonunun fəaliyyəti əsasən yuxu zamanı artır. Bu səbəbdən də yuxu uşaqların sağlam inkişafında mühüm rol oynayır".

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən