Mədəsi həssas olanlar qovun və qarpız yeyərkən diqqətli OLMALIDIRLAR

 16:56 17.07.2025     92

Qastroenteroloq Sergey Vyalov bildirib ki, qarpız və qovun bəzi hallarda sağlamlığa mənfi təsir göstərə bilər.

Redaktor.az xəbər verir ki, həkim bu barədə həkim Teleqram kanalında yazıb.

Vyalov qeyd edib ki, mədəsi həssas insanlar qovun və qarpızı ehtiyatla yeməlidirlər.

“Qarpızın tərkibində çoxlu nitrat varsa və ya təzə deyilsə, mədə yanmasına səbəb ola bilər”, - deyə həkim xəbərdarlıq edib.

Həkimin sözlərinə görə, yetişməmiş qovun təhlükəsi ondan ibarətdir ki, o, mədə-bağırsaq traktının selikli qişasını qıcıqlandıra bilər. Bundan əlavə, qarpız kimi, artıqlığı zərərli olan şəkər ehtiva edir.

Sonda Vyalov əlavə etdi ki, kəsilmiş meyvələri uzun müddət tərk etməməlisiniz, çünki bu, yalnız mədəyə mənfi təsirini artıracaq.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən