Arıqlama qarışıqlarının içərisində təhlükəli maddələr VAR

 07:41 18.07.2025     148

Kliniki farmakoloq Oleq Talıbov arıqlama qarışıqlarının istifadəsində ehtiyatlı olmağı tövsiyə edib.

Redaktor.az xəbər verir ki, həkim bu barədə aif.ru-ya müsahibəsi zamanı danışıb.

O, bildirib ki, bir çox hallarda bu məhsulların tərkibində istehsalçılar tərəfindən bəyan edilməyən təhlükəli maddələr aşkarlanır.

Ekspert qeyd edib ki, bəzi istehsalçılar arıqlama vasitələrinə sibutramin kimi güclü təsirə malik maddələr əlavə etsələr də, bu barədə məhsulun üzərində məlumat vermirlər:

“Bu gün bazarda istənilən məhsulu tapmaq mümkündür. Amma ən təhlükəlisi odur ki, bir çox termogenik qarışıqlara bəyan edilməmiş maddələr qatılır. Sibutramin kimi maddələr bu yaxınlarda satılan arıqlama çayında aşkarlandı, lakin tərkibində qeyd olunmamışdı”, - deyə həkim qeyd edib.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən