Bu ayaqqabıları tətil zamanı geyinməyin

 07:57 18.07.2025     109

Ayaq sağlamlığı üzrə mütəxəssis Aitor Perez tətil zamanı düzgün ayaqqabı seçiminin vacibliyinə diqqət çəkib.

Redaktor.az xəbər verir ki, mütəxəssis  “İnfosalus” nəşrinə verdiyi müsahibədə bəzi yüngül yay ayaqqabılarının sağlamlığa mənfi təsirlərindən danışıb.

Perez xəbərdarlıq edib ki, açıq və dəstəksiz ayaqqabılar əzələ gərginliyi və müxtəlif xəsarətlər riskini artırır. Həkimin sözlərinə görə, bu cür ayaqqabılar ayağın tağını dəstəkləyən bağ toxumasında plantar fasiada iltihaba səbəb ola bilər.

Mütəxəssisin sözlərinə görə, belə ayaqqabılar yalnız qısa məsafələr üçün, məsələn duş və hovuz ətrafında istifadə üçün uyğundur.

Həkim əlavə edib ki, bu ayaqqabılar kifayət qədər dəstək göstərmir, materialları çox vaxt keyfiyyətsiz olur, bəzi modellərdə daban hissəsi çox nazikdir və bu da ayaq sağlamlığı üçün zərərlidir.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən