Sous yeyərkən diqqətli OLUN

Endokrinoloq və dietoloq Daria Xaykina xəbərdarlıq edib ki, fast food sousları qida zəhərlənməsi riskini artırır.
Redaktor.az xəbər verir ki, həkim gazeta.ru-ya müsahibəsində təhlükəli inqrediyentlərdən danışıb.
Xaykina qeyd edib ki, souslar, xüsusən də evdə hazırlanan souslar istidə çox tez xarab olur. Çox vaxt zəhərlənmənin səbəbi olurlar.
Endokrinoloq evdə hazırlanmış mayonez, xama ilə sarımsaq sousu, pendir sousu, qatıq sousu və göyərti ilə sousları ən təhlükəli adlandırıb.
Onun sözlərinə görə, bu cür souslar istidə qısa müddətlik soyuducudan kənarda qalsalar belə, bağırsaq infeksiyalarının güclü mənbəyinə çevrilə bilər.
Həkim əlavə edib ki, mağazada satılan souslardan da zəhərlənmə mümkündür.
O, qeyd edib ki, bu, əsasən istifadə müddəti keçmiş və ya xarab məhsullardan hazırlanmış souslarla bağlı olur.
Aytəkin TOFİQQIZI