Həkimlər xəstədən 17 kiloqramlıq yumurtalıq şişini çıxardı

Rusiyanın Saratov vilayətinin Engels şəhərində həkimlər qadından nəhəng yumurtalıq şişini çıxarıblar.
Redaktor.az gazeta.ru-ya istinadla xəbər verir ki, bu barədə “1 saylı Engels Şəhər Klinik Xəstəxanası” Dövlət Muxtar Səhiyyə Müəssisəsindən məlumat verilib.
Perinatal Mərkəzin ginekoloji şöbəsinin həkimləri mürəkkəb cərrahi müdaxilə zamanı xəstənin bütün qarın boşluğunu tutan 17 kiloqramlıq şişi çıxarıblar. Əməliyyatın birinci mərhələsində şişin tərkibində olan 12 litr maye boşaldılıb. Xüsusilə ümumi cərrahların cəlb edilməsini tələb edən retroperitoneal boşluqdan şişə atipik qan tədarükü çətin olub.
Uğurlu əməliyyat və reabilitasiya kursundan sonra xəstə qənaətbəxş vəziyyətdə evə buraxılıb.
Turan İSMAYIL