Təhlükəsiz spirt dozası mövcuddur

Alkomed klinikasının psixiatrı və narkoloqu Andrey Tyurin bildirib ki, nisbətən təhlükəsiz spirt dozası mövcuddur, lakin o, düşünüldüyündən çox kiçikdir.
Redaktor.az xəbər verir ki, həkim bu haqda lenta.ru-ya danışıb.
Həkimin sözlərinə görə, orqanizm gündə cəmi 10 mililitr güclü spirt emal edə bilər ki, bu da qaraciyərin, böyrəklərin, beyinin və digər daxili orqanların sağlamlığı üçün heç bir nəticəsi yoxdur. Bu da təxminən 50 millilitr pivəyə bərabərdir. Ancaq çox az adam özlərini köpüklü içkinin belə kiçik bir dozası ilə məhdudlaşdırır.
“Həcmi 500 millilitr olan bir stəkan pivəni təhlükəsiz şəkildə 40-60 millilitr güclü spirtə bərabərləşdirmək olar. Əgər insan üç belə stəkan içərsə, təsir dərəcəsinə görə, bu doza 150 millilitr araq, viski və ya konyaka bərabərdir”, - deyə Tyurin xəbərdarlıq edib.
Aytəkin TOFİQQIZI