Çin alimlərindən “nöqtəvi” xərçəng MÜALİCƏSİ

 16:24 21.07.2025     85

Çançun Tətbiqi Kimya İnstitutunun alimləri xərçəngə qarşı dərmanların ancaq şiş toxumasında aktivləşdirilməsi üçün ultrasəsdən istifadə edən yeni metod inkişaf etdiriblər.

Redaktor.az xəbər verir ki, tədqiqatın nəticələri National Science Review (NSR) jurnalında dərc olunub.

Yeni metod xüsusi nanohissəciklərdə saxlanılan “yatmış” dərmanların (prolekarlıq) yalnız ultrasəsin təsiri altında şiş bölgəsində aktivləşməsinə əsaslanır. Ənənəvi kimyaterapiyadan fərqli olaraq, bu üsul sağlam toxumalara zərərin qarşısını alır və müalicənin toksikliyini xeyli azaldır.

Tədqiqatın rəhbəri, doktor Çjaohuı Tan bildirib: “Ultrasəs təkcə diaqnostika üçün deyil, dərmanların məhz şişin içində aktivləşdirilməsi üçün dəqiq tetikleyici kimi istifadə olunur”.

Əvvəlki metodlardan fərqli olaraq, burada dərmanların aktivləşməsi kimyəvi mühit (turşuluq və ya fermentlər) yox, fiziki təsir — ultrasəsin NADH molekullarının iştirakı ilə yaratdığı kimyəvi reaksiyalar vasitəsilə baş verir.

Siçanlar üzərində aparılan təcrübələrdə kolorektal xərçəng zamanı bu texnologiyanın yüksək effektivliyi sübut olunub. Ultrasəs dərinə nüfuz edərək dərmanı yalnız şişdə aktivləşdirib, bədənə yayılmasına yol verməyib.

Hazırda alimlər klinik sınaqlara hazırlaşırlar. Metod yalnız heyvanlarda sınaqdan keçirilib və insanların mürəkkəb şişlərinin müalicəsində nə qədər uğurlu olacağı hələlik məlum deyil.

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən