Meyvə və tərəvəzlərdəki pestisitləri təmizləməyin YOLLARI

 14:03 22.07.2025     66

Meyvə və tərəvəzlərin yetişdirilməsi zamanı zərərli canlılara qarşı istifadə olunan pestisitlər məhsulların üzərində qalır və sağlamlıq üçün zərərli ola bilər. Pestisitlərdən təmizlənmək üçün evdə tətbiq edilə biləcək bir neçə təbii və sadə üsul mövcuddur.

Redaktor.az "HaberGlobal"a istinadla xəbər verir ki, mütəxəssislər bildirir ki, pestisit kalıntılarını azaltmaq üçün aşağıdakı üsullar effektivdir:

Karbonatlı suda yuma: 1 litr suya 1 yemək qaşığı karbonat əlavə edilərək meyvə və tərəvəzlər 20 dəqiqə bu qarışıqda saxlanılır, sonra bol su ilə yuyulur.

Sirkəli suda yuma: 1 litr suya 1 çay stəkanı sirkə əlavə edilir və məhsullar 10 dəqiqə bu suda saxlanılır.

Duzlu suda yuma: 1 litr suya 1 yemək qaşığı duz əlavə edilərək meyvə və tərəvəzlər 15 dəqiqə saxlanılır, sonra yaxşıca yuyulur.

Limonlu suda yuma: 1 litr suya yarım limonun suyu sıxılır, məhsullar 10 dəqiqə bu suyun içində saxlanılır və sonra bol su ilə durulanır.

Bu təbii üsullar pestisitlərin məhsulların səthindən effektiv şəkildə təmizlənməsinə kömək edir və sağlam qidalanma üçün vacib hesab olunur.

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən