Bu bitkidən düzgün istifadə etdikdə xəstəliklərə çarə olur

 15:47 22.07.2025     69

Aloe bitkisinin düzgün istifadə edildikdə bir çox xəstəliklərin qarşısını almağa kömək etdiyi məlum olub.

Redaktor.az xəbər verir ki, bu haqda endokrinoloq Elena Andreeva Pravda.ru-ya müsahibəsində danışıb.

Mütəxəssisin sözlərinə görə, aloe yarpaqları C, E, A və B qrupu vitaminləri, fitonsidlər, fermentlər, amin turşuları, üzvi turşular, flavonoidlər, həmçinin mikro və makroelementlərlə zəngindir.

O bildirib ki, aloe suyunun bu tərkibi onu immun sistemini gücləndirmək üçün faydalı vasitəyə çevirir. Bitki suyunu yeməkdən 20 dəqiqə əvvəl, gündə iki dəfə bir çay qaşığı miqdarında qəbul etmək tövsiyə olunur.

Andreeva vurğulayıb ki, aloe istifadəsi düzgün qidalanma ilə birləşdirildikdə daha yüksək effekt verir. Bu pəhrizə fitonsidlər, vitaminlər, zülallar və kompleks karbohidratlarla zəngin qidalar daxildir.

Həkim aloe suyunun işlədici təsirə malik olduğunu da xatırladıb. Bu səbəbdən onu səhər deyil, nahar və ya axşam saatlarında qəbul etmək daha məqsədəuyğundur. Müalicə kursu olaraq beş-yeddi gün istifadədən sonra iki həftəlik fasilə vermək, əgər vəziyyət yaxşıdırsa, kursu 10 günə qədər uzatmaq mümkündür. Lakin mütəxəssis fasiləsiz uzun müddətli istifadənin bağırsaqların təbii fəaliyyətini zəiflədə biləcəyini bildirib.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən