Tələsik hazırlanmış yeməklərin təhlükəsi yalnız bir neçə saat sonra üzə çıxır

Qastroenteroloq Lyudmila Suxorukova yay aylarında bəzi fast food məhsullarının sağlamlıq üçün təhlükəli ola biləcəyini bildirib.
Redaktor.az xəbər verir ki, o, news.ru-ya müsahibəsində şaurma, sosiska və mayonezlə hazırlanan salatların isti havada ciddi risk daşıdığını vurğulayıb.
Həkimin sözlərinə görə, yüksək temperatur qidaların tərkibində təhlükəli bakteriya və virusların xüsusilə dizenteriya, rota- və norovirusların sürətlə çoxalmasına səbəb olur. Bu isə daha çox “mədə qripi” kimi tanınan kəskin qastroenteritlərə gətirib çıxara bilər.
Suxorukova qeyd edib ki, yay mövsümündə baş verən zəhərlənmələrin əhəmiyyətli hissəsi keyfiyyətsiz ətlə yəni korlanmış və ya lazımi qaydada bişirilməmiş məhsullarla əlaqələndirilir. Eyni zamanda, fast food satışı ilə məşğul olan çadırlarda və köşklərdə qidaların uzun müddət təhlükəsiz saxlanması üçün şəraitin olmaması riski artırır.
“Ticarətçilər zərərlə işləməyəcək. Ona görə də bəzi hallarda tələsik hazırlanmış yeməklərin təhlükəsi yalnız bir neçə saat, bəzən isə bir gün sonra üzə çıxır”, - deyə həkim xəbərdarlıq edib.
Onun sözlərinə görə, bağırsaq infeksiyalarının əlamətləri adətən 1,5-2 gün ərzində müşahidə olunmağa başlayır.
Aytəkin TOFİQQIZI