Avtomatik tonometrlər çox zaman qan təzyiqini olduğundan yüksək göstərir

 15:59 22.07.2025     63

Nevroloq Aleksandr Şişonin qan təzyiqinin ölçülməsi zamanı baş verən səhvlərin səbəbini açıqlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə Telegram kanalında məlumat verib.

Mütəxəssisin sözlərinə görə, avtomatik tonometrlər çox zaman qan təzyiqini olduğundan yüksək göstərir.

Şişonin izah edib ki, elektron cihazlar əksər hallarda sistolik (yuxarı) təzyiqi təxminən 20 vahid, diastolik (aşağı) təzyiqi isə 10 vahid artıq göstərmək üçün qurulub.

Nəticədə bir çox insanlar özlərində yüksək təzyiq olduğunu düşünərək dərman qəbul etməyə başlayırlar. Halbuki əslində onlarda hipertoniya müşahidə olunmur.

Həkim qan təzyiqinin daha dəqiq ölçülməsi üçün müvafiq şəraitdə və etibarlı cihazlarla yoxlanılmasını tövsiyə edib.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən