Şokolad yeyərkən diqqətli OLUN

 08:33 23.07.2025     111

Şokolad dünyada ən populyar məhsullardan biridir, lakin onun bəzi keyfiyyətləri sağlamlığı pisləşdirə və təhlükəli xəstəliklərə səbəb ola bilər.

Redaktor.az
xəbər verir ki, bu haqda təbiət elmləri kafedrasının dekanı İrina Lyalina lenta.ru-ya açıqlamasında bildirib.

Bioloqun sözlərinə görə, şokoladın zərəri onun yüksək kalorili olması və xüsusilə süd və ağ növlərində şəkərin mövcudluğu ilə bağlıdır. Bu amil piylənməyə və onunla əlaqəli sağlamlıq problemlərinə yol aça bilər.

“Həddindən artıq şəkər qəbulu piylənmə, diş çürüməsi və 2-ci tip diabet riskini artırır. Şokoladın tərkibindəki kofein və teobromin isə normadan artıq istehlak edildikdə yuxusuzluq, yüksək qan təzyiqi və ürək döyüntüsündə artıma səbəb ola bilər. Bəzi insanlar isə kakao, qoz-fındıq və süd kimi tərkib hissələrinə qarşı allergik reaksiya verə bilərlər. Bundan əlavə, şokolad şəkər əlavələri və lipoprotein sisteminə də təsir göstərə bilər”, - deyə ekspert xəbərdarlıq edib.

Lyalina ucuz şokoladların istifadəsi məsələsinə də toxunub.

O bildirib ki, belə məhsulların tərkibində palma yağı, dadlandırıcılar və qatılaşdırıcılar kimi əlavələr ola bilər və bunlar müntəzəm istifadədə sağlamlıq üçün zərərlidir.

Sonda mütəxəssis gündə 20-30 qram olmaqla tərkibində azı 70 faiz kakao olan təmiz tünd şokoladın istehlakını tövsiyə edib.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən