Manikür zamanı yol verilən səhvlərdən biri də budur

Dırnaq sağlamlığı üzrə mütəxəssis Adrian Nunez qadınların manikür və pedikür zamanı tez-tez rast gəlinən ümumi bir səhvə yol verdiyini bildirib.
Redaktor.az xəbər verir ki, həkim bu barədə "Vanitatis" nəşrinə açıqlamasında danışıb.
Nunezin sözlərinə görə, kutikulanın (dırnaq dibindəki dəri qatının) çox qısa kəsilməsi düzgün deyil. Bu dəri təbəqəsi bakteriya və göbələklərin dırnaqla dəri arasındakı boşluqdan bədənə daxil olmasının qarşısını alır.
Mütəxəssis bu nahiyəni müalicə etmək üçün daha təhlükəsiz alternativ üsullardan istifadəni tövsiyə edib.
Onun fikrincə, tərkibində karbamid olan kremdən istifadə etmək, onu kutikula nahiyəsinə çəkmək və bir neçə dəqiqə ərzində masaj etmək daha effektiv və təhlükəsizdir. Bu üsul həm dırnaq ətrafı dərini nəmləndirir, həm də müxtəlif infeksiyaların yaranmasının qarşısını almağa kömək edir.
Aytəkin TOFİQQIZI