Axşamlar müntəzəm pivə içmək RİSKLİDİR

 08:46 23.07.2025     87

Alkomed klinikasının narkoloqu Andrey Tyurin mütəmadi olaraq pivə içən kişilərdə və qadınlarda təhlükəli xəstəliklərin inkişaf etdiyini bildirib.

Redaktor.az xəbər verir ki, o, bu vərdişin əsl nəticələrindən aif.ru-ya danışıb.

Tyurin qeyd edib ki, axşamlar müntəzəm pivə istehlakı alkoqolizmin inkişafı üçün ciddi risk yaradır.

“Xəstələr tez-tez belə bir ifadə ilə özlərini əsaslandırırlar: ‘Mən alkoqolik deyiləm, mən yalnız pivə içirəm.’ Amma alkoqol asılılığı məhz belə başlayır. Kiçik lakin müntəzəm dozalarla”, - deyə həkim vurğulayıb.

“Mexanizm olduqca sadə şəkildə inkişaf edir: pivənin tərkibində həzz hormonu olan dofaminin ifrazına səbəb olan etanol var. Zaman keçdikcə beyin eyni həzzi almaq üçün daha çox spirt tələb etməyə başlayır. Bu prosesin yaranma müddəti fərdi olsa da, əksər hallarda gündəlik istehlak bir ildən iki ilə qədər davam etdikdə aludəçilik formalaşır”, - Tyurin əlavə edib.

Həkim həmçinin bildirib ki, gündəlik pivə istehlakı hormonal balanssızlıqlara da yol aça bilər: kişilərdə testosteron səviyyəsi azalır, döş və qarın əzələlərində böyümə müşahidə olunur, potensiya ilə bağlı problemlər yaranır. Qadınlarda isə erkən menopoz, sonsuzluq və artıq çəki kimi fəsadlara səbəb ola bilər.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən