Sümük problemlərinin qarşısını almaq üçün bunları etmək lazımdır

Ginekoloq Fernandez Moya bildirir ki, qocalıqda bir çox insanın sınıq riski əhəmiyyətli dərəcədə artır.
Redaktor.az xəbər verir ki, həkim bu haqda news.ru-ya danışıb.
Onun sözlərinə görə, bunun qarşısını almaq üçün beş sadə qaydaya riayət etmək lazımdır. O, 20 dəqiqəlik müsahibəsində sümük problemlərinin qarşısını almaq üçün beş məsləhət verib.
Moya qeyd edib ki, müntəzəm idman sümüklərin vəziyyətinə müsbət təsir göstərir. Həmçinin, onun sözlərinə görə, çəkinin normallaşdırılması vacib amillərdən biridir.
Bundan əlavə, həkim insanları siqaretdən və spirtli içkilərdən imtina etməyə çağırıb. Sümük problemlərinin qarşısını almaq üçün, xüsusən də ailəsində osteoporoz xəstəliyi olan insanlar üçün mütəmadi tibbi müayinədən keçmək tövsiyə olunur. Sonda isə Moya bədəni kifayət qədər D vitamini ilə təmin etməyin vacibliyini vurğulayıb.
Aytəkin TOFİQQIZI