Süni şirinləşdiricilərin zərərləri - ARAŞDIRMA

 13:43 23.07.2025     64

Süni şirinləşdiricilər xüsusilə sukraloz, aspartam və eritritol sağlamlıq üçün düşündüyümüzdən daha təhlükəli ola bilər.

Redaktor.az xəbər verir ki, xarici elmi jurnallarda dərc olunan son araşdırmalar göstərir ki, bu maddələr beyində aclıq siqnallarını gücləndirir, damar divarlarına ziyan vurur və metabolik sistemə mənfi təsir göstərir.

Məsələn, "Nature Medicine" jurnalında yayımlanan araşdırmaya əsasən, sukraloz qəbul edən şəxslərin aclıq hormonlarında artım müşahidə edilib. Bu, şəkərsiz içkilərin belə orqanizmdə “aldadıcı” şirinlik yaratmaqla aclıq hissini artırdığını sübut edir. ABŞ-da aparılan digər bir araşdırmada isə enerji içkilərində istifadə olunan eritritolun qan laxtalanmasını sürətləndirdiyi və insult riskini artırdığı müəyyən olunub.

Aspartamla bağlı eksperimentlər insulin ifrazının artması və damar daralmaları ilə nəticələnib. Bu isə onun uzunmüddətli istifadəsinin ürək-damar xəstəliklərinə yol açacağını göstərir. Süni şirinləşdiricilərin bağırsaq florasını da pozduğu, insulin müqavimətini gücləndirdiyi və metabolik sindroma səbəb olduğu qeyd olunur.

Mütəxəssislər xəbərdarlıq edir ki, bu maddələrin təhlükəsiz olduğu düşünülməməlidir. Onların təbii alternativlərlə – məsələn, bal, xurma şərbəti və ya monk meyvəsi ekstraktı ilə əvəz olunması tövsiyə olunur. Üstəlik, Ümumdünya Səhiyyə Təşkilatı bu maddələrin uzunmüddətli təsirlərinin araşdırılmasına çağırır.

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən