Diabet xəstələri üçün “təhlükəli” meyvə və ya giləmeyvə anlayışı yoxdur

 08:02 24.07.2025     133

Diabet xəstələri mövsümi giləmeyvə və meyvələri düzgün şəkildə seçməlidirlər.

Redaktor.az xəbər verir ki, bu barədə endokrinoloq Natalya Mokrışeva kp.ru-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, diabeti olan şəxslər bu məhsullardan qorxmadan, amma diqqətlə istifadə etməklə sağlamlıqlarını qoruya bilərlər.

Həkim vurğulayıb ki, diabet xəstələri üçün “təhlükəli” meyvə və ya giləmeyvə anlayışı yoxdur. Əsas meyar məhsulun glisemik indeksidir yəni həmin məhsulun qan şəkərini nə qədər tez artırması.

Mokrışeva aşağı glisemik indeksə malik çiyələk, qaragilə, moruq, alma, armud və şaftalını diabet xəstələri üçün təhlükəsiz hesab edir.

Əvəzində üzüm, qarpız, qovun və banan kimi meyvələr qanda şəkərin səviyyəsini daha sürətlə yüksəltdiyi üçün onların daha nadir və az miqdarda istehlakı tövsiyə olunur.

Mütəxəssis əlavə edib ki, meyvələrin zülallı məhsullarla birlikdə qəbulu daha faydalıdır. Məsələn, giləmeyvələrin kəsmik və ya bir neçə ədəd qoz-fındıqla birlikdə yeyilməsi şəkərin səviyyəsinin kəskin yüksəlməsinin qarşısını alır və bu cür qəlyanaltı həm dadlı, həm də sağlam olur.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən