Bu səbəbdən nar qida rasionuna əlavə OLUNMALIDIR

Peşə terapevti və dietoloq Liliya Starodubtseva qadınlarında dəmir çatışmazlığının əsas əlamətlərini sadalayıb.
Redaktor.az xəbər verir ki, həkim bu haqda beşinci kanala müsahibəsi zamanı danışıb.
O bildirib ki, bu problem çox vaxt nəzərə çarpmadan inkişaf edir və yalnız kritik mərhələyə çatdıqda fərq edilir.
Mütəxəssis dəmirin orqanizmdə mühüm rol oynadığını, xüsusilə oksigenin orqanlara daşınmasında vacib olduğunu qeyd edib. “Hətta kiçik dəmir çatışmazlığı insanın enerjisini azaldır. Anemiya zamanı isə orqanizm sağ qalma rejiminə keçir”, - deyə Starodubtseva bildirib.
Onun sözlərinə görə, bu vəziyyət beyinə, ürəyə, əzələlərə və qalxanabənzər vəzin fəaliyyətinə mənfi təsir edir. Dəmir çatışmazlığının əsas əlamətləri arasında yorğunluq və apatiya, titrəmə, baş ağrıları, saç tökülməsi, zəif yaddaş, taxikardiya və narahatlıq hissi yer alır. Starodubtseva əlavə edib ki, qadınlar menstruasiya zamanı çox miqdarda dəmir itirirlər. Əgər bu itkiyə qırmızı ət yeməmək, müxtəlif pəhrizlər, stress, həzm problemləri və qida maddələrinin zəif mənimsənilməsi də əlavə olunsa, “dəmir çatışmazlığı epidemiyası” baş verə bilər.
Eyni zamanda, qaraciyər, qırmızı ət, paxlalılar və nar kimi dəmir baxımından zəngin qidaların rasiona daxil edilməsi tövsiyə olunur.
Dietoloq həmçinin bildirib ki, dəmir səviyyəsini yoxlamaq üçün yalnız ümumi qan analizinə deyil, ferritin göstəricisinə də diqqət yetirilməlidir. Bu göstərici orqanizmdəki dəmir ehtiyatlarını əks etdirir. “Dəmir çatışmazlığını aradan qaldırmaq sadəcə bir ay dəmir preparatları qəbul edib unutmaq deyil,” - deyə Starodubtseva vurğulayıb.
O, bu prosesin bədəndə düzgün işləyən sistemin qurulması ilə mümkün olduğunu və orqanizmin öz tarazlığını qorumağa başladığını qeyd edib.
Aytəkin TOFİQQIZI