Şampun yalnız baş dərisinə tətbiq edilməlidir

Həkim Aina Salom bir çox insanın saçlarını düzgün yuma üsulundan xəbərsiz olduğunu bildirib.
Redaktor.az xəbər verir ki, o, "Vanitatis" nəşrinə verdiyi açıqlamada saç yuyularkən yol verilən ən yayğın səhvləri sadalayıb.
Salomun sözlərinə görə, şampun yalnız baş dərisinə tətbiq edilməlidir.
“Saçın özünü şampunlamağa ehtiyac yoxdur, çünki durulama zamanı aşağı axan köpük saç tellərini kifayət qədər təmizləyir”, - deyə həkim izah edib.
Mütəxəssis əlavə edib ki, saçların isti su ilə yuyulması da yanlış vərdişdir. Yüksək temperatur saç quruluğuna və zəifliyə səbəb olur. Digər bir səhv isə şampunun tam yuyulmamasıdır. Bu, baş dərisində qıcıqlanmaya gətirib çıxara bilər.
Salom vurğulayıb ki, bahalı kosmetik vasitələrə müraciət etmədən, sadəcə düzgün saç yuma vərdişi ilə daha sağlam nəticə əldə etmək mümkündür.
Aytəkin TOFİQQIZI