Alma yemək bu səbəbdən faydalıdır

 13:48 25.07.2025     97

Dietoloqlar Sam Rays və Dell Stanford infarkt riskini azaltmaq üçün gündəlik qidalanmaya daxil edilməli olan səkkiz faydalı qidanı açıqlayıblar.

Redaktor.az xəbər verir ki, onlar "Infobae" nəşrinə verdikləri müsahibədə bu məhsulların ürək sağlamlığını qorumaqda mühüm rol oynadığını bildiriblər.

Mütəxəssislər gündə bir alma yeməyi tövsiyə edirlər və xüsusilə qabığını atmaqdan çəkinməyi məsləhət görürlər, çünki onun tərkibində ən çox faydalı maddə məhz qabığında cəmlənib. Üzüm də rəngindən asılı olmayaraq infarkt riskini azaltmaqda təsirlidir.

Rays və Stanford həmçinin yulaf, zeytun yağı və badamın müntəzəm istifadəsinin ürək-damar sisteminə müsbət təsir etdiyini vurğulayıblar.

Mütəxəssislərin fikrincə, həftədə ən azı bir dəfə qızılbalıq yemək də bu baxımdan faydalıdır.

Pəhrizdə yaşıl çaya və yüksək kakao tərkibli tünd şokolada da yer verilməsi tövsiyə olunur. Bu məhsullar antioksidantlarla zəngindir və ürək sağlamlığını dəstəkləyir.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən