Bu xəstəlik özünü qızdırma, titrəmə, baş ağrısı və səpgi kimi əlamətlərlə göstərir

 15:49 25.07.2025     99

İnfeksionist Yelena Kuznetsova 2025-ci ilin birinci yarısında rikketsioz xəstəliyinin yayılması ilə bağlı xəbərdarlıq edib.

Redaktor.az xəbər verir ki, o lenta.ru-ya verdiyi açıqlamada bu infeksiyanın artan yayılma səviyyəsi barədə danışıb.

Kuznetsovanın sözlərinə görə, rikketsioz bakteriyalarla yoluxmuş gənələrin sayı əhəmiyyətli dərəcədə artıb. Bu xəstəlik özünü qızdırma, titrəmə, baş ağrısı və səpgi kimi əlamətlərlə göstərir.

Mütəxəssis bildirib ki, xüsusilə Rusiyanın mərkəzi hissəsində aparılan gənə testlərində rikketsioz üçün müsbət nəticələrin sayı kəskin şəkildə yüksəlib.

“2025-ci ilin birinci yarısında gənə ilə rikketsiozla yoluxma səviyyəsi 25 faizə çatıb və ilk dəfə olaraq borrelioz göstəricilərini ötüb. Borreliozla yoluxma payı 19 faiz təşkil edib”, - deyə həkim vurğulayıb.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən