Alimlər erkən ölüm riskini ikiqat artıran faktoru AŞKARLADI

Orhus Universitetinin alimləri müəyyən ediblər ki, yaxınlarını itirməyi ağır şəkildə yaşayanların 10 il ərzində vaxtından əvvəl ölüm riski artır.
Redaktor.az xəbər verir ki, araşdırmanın nəticələri "Frontiers in Public Health" (FPH) jurnalında dərc olunub.
Tədqiqatda 1735 nəfər iştirak edib. Subyektlərin orta yaşı 63 idi və onların hamısı əvvəllər qohumlarının ölümünü yaşayıblar.
Tədqiqatçılar uzun sürən kədər pozğunluğunun (PGD) simptomlarının ölçüsü olan Uzun Kədər-13 Ölçüsündən istifadə edərək könüllülərin itkiyə nə qədər həssas olduğunu ölçdülər. Onlar müəyyən ediblər ki, şiddətli və uzun sürən kədəri yaşayanların ölümündən sonra on il ərzində ölmək ehtimalı daha az kədərlənənlərlə müqayisədə iki dəfə çoxdur.
Araşdırmanın aparıcı müəllifi Dr. Mette Kjaergaard Nielsen, "Biz əvvəllər güclü kədəri ürək-damar xəstəlikləri, psixi pozğunluqlar və hətta intihar riskinin artması ilə əlaqələndirdik" deyib.
Tədqiqatçılar həmçinin aşkar ediblər ki, ən güclü itkini yaşayanların əksəriyyəti artıq sevdiklərinin ölümündən əvvəl psixi pozğunluqlar diaqnozu qoyulub və müvafiq müalicə təyin edilib.
Mütəxəssislər xatırladır ki, şiddətli kədər həm də "sınıq ürək sindromu" və ya stresdən qaynaqlanan kardiomiopatiyaya səbəb ola bilər. Bu kəskin, bəzən həyati təhlükəsi olan vəziyyət stress hormonlarının kəskin şəkildə sərbəst buraxılmasına cavab olaraq inkişaf edir. Bu vəziyyətdə ürəyin bir hissəsi müvəqqəti olaraq qanı effektiv şəkildə pompalamaq qabiliyyətini itirir, bu da infarkt kimi simptomlara səbəb olur.
Turan İSMAYIL