Yay salatı təhlükə SAÇIR

 08:24 28.07.2025     144

Qida mütəxəssisi Yelena Spetsenko ənənəvi yay salatının mayonezlə qarışdırılmış xiyar və pomidorun düzgün hazırlanmadıqda, saxlanmadıqda sağlamlıq üçün ciddi təhlükə törədə biləcəyini bildirib.

Redaktor.az xəbər verir ki, o bu haqda lenta.ru-ya müsahibəsində danışıb.

Onun sözlərinə görə, isti havada mayonez mikrobların sürətlə çoxalması üçün əlverişli mühit yaradır.

Mütəxəssis vurğulayıb ki, +25°C-dən yuxarı temperaturda salat 30-40 dəqiqə ərzində stafilokok, salmonella və E.coli kimi patogenlərlə çirklənə bilər ki, bu da zəhərlənməyə yol açır.

Xüsusilə yay kafelərində saxlanma şəraitinə nəzarətin zəif olması və marketlərdə hazır salatların satılması riski artırır.

Spetsenko belə hallarda salatın yalnız soyuducuda saxlanmasını və turş qoxu, dad və ya tutarlıq dəyişikliyi hiss olunduqda ondan imtina edilməsini tövsiyə edir.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən